image-qanunla-reklam
image-1669008049_zelenskiy-reuters-1924332_2

“Biz Luqansk vilayətində yavaş-yavaş irəliləyirik” – Zelenski

image-lady-day-az

Ukrayna prezidenti Volodimir Zelenski Luqansk bölgəsini Rusiya ordusundan geri almaq üçün yavaş-yavaş irəliləməyə davam etdiklərini bildirib.

“Qanunla.az” xəbər verir ki,  bu  barədə Zelenski teleqram kanalında paylaşım edib.

Rusiya qüvvələrinin ölkəsinə qarşı hava hücumlarını davam etdirdiyini deyən Zelenski, hazırda ən şiddətli toqquşmaların Donetsk cəbhəsində getdiyini qeyd edib.

Ukrayna ordusunun Luqansk bölgəsində irəliləyiş əldə etdiyinə diqqət çəkən Zelenski, “Luqansk bölgəsində döyüşərək yavaş-yavaş irəliləyirik. Səhərdən bəri Şərq cəbhəsində 400-ə yaxın yer bombardman olub”, –  deyə vurğulayıb.

Zelenski Rusiyanın hava zərbələri nəticəsində zədələnmiş enerji infrastrukturlarında təmir işlərinin davam etdiyini və ölkənin 15 regionunda, xüsusilə də paytaxt Kiyevdə elektrik enerjisinin verilişində problemlər olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki