image-qanunla-reklam
image-_115986662_x594-1

44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü

image-lady-day-az

Həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunacaqdır; 2020-ci il sentyabrın 27-də Zəfər yürüşünə başlayan şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi tarixi Qələbəsi ilə dövlətçilik tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız azad edildi. Şanlı Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistan təslim oldu. Hərbi əməliyyatlara başlanmasından cəmi 44 gün sonra, noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində, tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu Bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Ali Baş Komandanımızın polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının öz Prezidenti ətrafında sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Bütün dünya böyük Ermənistan ideyasının çürük sütunlar üzərində qurulduğunu gördü. Həmrəylik Azərbaycan xalqının ən böyük sərvəti və dəyəridir. Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr ayları ərzində ədalətlə apardığı və tarixi Qələbə ilə başa vurduğu II Qarabağ müharibəsinin nəticəsi olaraq erməni qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” üçün irəli sürülən status tələbləri rədd edildi. Artıq Azərbaycanda nə bu adlı ərazi vahidi, nə də danışıqlarda bu mövzuda müzakirə olunacaq bir məsələ yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada tanınmışdır.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki