image-qanunla-reklam
image-parad1

44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü

image-lady-day-az

2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanat regionda yeni siyasi reallıq yaradıb. Müvafiq hüquqi baza yaradan həmin bəyanatı ümumxalq birliyinin təntənəsi adlandırmaq olar. Sənəd bir daha sübut etdi ki, prosesdə qalib dövlət Azərbaycandır və şərtləri yalnız Azərbaycan diqtə edir. Ermənistan Azərbaycanın xüsusilə əməkdaşlıq şərtini qəbul etməlidir, çünki bunun başqa alternativi yoxdur. Azərbaycan ordusunun zəfər yürüşünün nəticəsi olan bu sənəd ölkəmizin maraqlarına xidmət edir.

44 günlük müharibə vaxtı Azərbaycanın hərbi əməliyyatlar aparılmayan ərazisində ermənilərin hərbi cinayətləri nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina dağıldı.  Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikilir, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa edilir. Azərbaycanın 44 günlük müharibədə verdiyi itkilər 26 illik atəşkəs müddətində verdiyi itkilərdən qat-qat azdır.

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başladı, kommunikasiya və s. imkanlar genişləndirildi.

Bu bəyanat ilk növbədə müharibəyə son qoydu, lakin bəyanatı yalnız atəşkəs sənədi kimi qəbul etmək olmaz. Sənədin imzalanması ilə Ermənistan və Azərbaycan arasındakı müharibə başa çatdı və Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktına imza atmaqla məğlubiyyətini qəbul etmiş oldu. Daha sonra həmin sənəddə icrası nəzərdə tutulmuş bəndlərin reallaşdırılması prosesinə başlanıldı. Bütün bunlar uğurlu addımlardır.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi -İlahə Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki