image-qanunla-reklam
image-zefer-10-12-paradi_1639154021

44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü

image-lady-day-az

44 günlük Vətən müharibəsində Müəffrər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərimiz Azərbaycan xalqının  milli birliyinin yenilməz olduğunu  üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni «Dəmir yumruğ»un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, bəlkə də, ilk hal idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Azərbaycan öz gücünü, öz qüdrətini dünyaya göstərdi.

Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın əyani sübutudur. Müharibədən sonra Qarabağda aparılan tikinti-abadlıq işləri göz önündədir. Şuşanın yenidən qurulması, Kəlbəcərə çəkilən elektrik xətti, Füzuli və Zəngilanda istifadəyə verilən, Laçında isə tikintisi davam edən beynəlxalq hava limanları deyilənlərin təsdiqidir.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Azİnformasiya Agentliyinin Baş   redaktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki