image-qanunla-reklam
image-atet_-nezaket654

28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir

image-lady-day-az

ATƏT-in Minsk Qrupu 30 ilə yaxın bir dövrü əhatə edən vasitəçilik missiyası uğursuzluğa düçar oldu. Azərbaycan dövlət başçısı və digər rəsmi şəxslər Minsk qrupunun yarıtmaz fəaliyyəti barədə dəfələrlə iradlarını bildirib və hətta həmsədrlərin dəyişdirilməsi məsələsini gündəmə gətirsələr də bu təkliflər nəticəsiz qaldı. Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilmədi. Minsk qrupunun illərdir etməli olduğu reallığı isə ordumuz 44 gün ərzində həyata keçirdi. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan, eləcə də bəzi beynəlxalq güclər zaman keçdikcə millətin bu işğalla barışacağını düşünür, fəaliyyətsiz mövqe sərgiləyirdilər. Vətən müharibəsi təsəvvürlərin tamamilə yanlış olduğunu bütün dünyaya göstərdi. Azərbaycan dövləti və milləti öz iradəsinin, torpaqlarını işğaldan azad etmək niyyətinin nə qədər ciddi olduğunu təsdiqlədi. 44 günlük müharibə göstərdi ki, Minsk Qrupuna ehtiyac yoxdur, biz özümüz onların fəaliyyətini reallığa çeviririk. Maraqlıdır ki, 30 ilə yaxındır münaqişənin tənzimlənməsi, haqq-ədalətin bərpa olunması üçün heç bir iş görməyən həmsədrlər müharibədən sonra aktivləşməyə başladılar, açıq-aşkar şəkildə ermənipərəst mövqelərini nümayiş etdirdilər. Minsk Qrupu tərəfsizliyin üstündən xətt çəkərək Ermənistanın yanında yer aldı.

Tarixi ədaləti, beynəlxalq hüququ öz gücümüzə bərpa etdiyimiz bir vaxtda yenidən Minsk Qrupunu dirçəltmək istəyirlər. Artıq münaqişə həllini tapıb, Ali Baş Komandan məsələni cəbhədə həll edib, indi də diplomatik masada həll edir. Ona görə Minsk Qrupuna heç bir ehtiyac hiss olunmur. Ancaq buna baxmayaraq həmsədrlər yenə də təkliflər irəli sürür və bu məsələni Minsk qrupunun gündəmində saxlayırlar. Prezident cəna İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. 2020-ci il 10 noyabr bəyanatında da Dağlıq Qarabağın statusu ilə bağlı heç bir ifadə işlədilməyib və belə bir mövzunun müzakirəyə çıxarılmayacağı bəyan olunub. 30 ilə yaxındır sülhə xidmət etməyən Minsk qrupu tərəflər arasında anlaşma yaratmaq yerinə, reallığa zidd bir tələblə gündəmə gəlməklə ermənipərəst siyasətini açıq şəkildə biruzə verir.

 

Sevinc İmanova – Zərdab şəhər sakini, həkim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki