image-qanunla-reklam
image-24jpg-1603951410

25 Oktyabr tarixi 44 günlük müharibənin gedişində əhəmiyyətli dönüş nöqtəsi oldu

image-lady-day-az

Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi 44 günlük böyük zəfərin ilk müjdəsi oldu. Ona görə ki, Qubadlıdan sonra növbəti uğurlu əməliyyat Laçın rayonununda olmalı idi. Qubadlı ərazisində gedən döyüş əməliyyatı hər gün Ali Baş Komadan Cənab İlham Əliyev tərəfindən nəzarət olunurdu və demək olar ki, anbaan məsələ təhlil olunurdu. Ali Baş Komandan Cənab Prezident Qubadlının işğaldan azad olunmasının böyük əhəmiyyət kəsb etdiyini hər dəfə öz çıxışında vurğulayırdı. Şanlı, böyük zəfərin əldə olunması məhz bu uğurlardan asılı idi. Odur ki, mənfur düşmən Qubadlıdan Laçın rayonuna gedən yolda daim atəşə tutulurdu. Mənfur düşmən hesab edirdi ki, şanlı əsgərlərimiz Laçın rayonunun cənub hissəsini götürəndən sonra Şuşaya gedəcək.Lakin Ali Baş Komandanın əmiri ilə qəhrəman əsgər və zabitlərimizin şücaəti ilə Qubadlı 25 oktyabr 2020-ci il düşməndən azad oldu və ordumuz Şuşaya yaxınlaşaraq bir neçə kəndi azad etdi.

Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra ordumuz Şuşa şəhərini azad etdi. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Bununla da Ali Baş Komandan cənab İlham Əliyevin böyük uğurlu siyasəti və ordumuzun qəhrəmanlığı ilə düşmən təslim olmağa məcbur oldu.

 

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru -Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki