image-qanunla-reklam
image-1672593862_2013-12-01t120000z_1857719103_gm1e9c2040p01_rtrmadp_3_ukraine-eu-pic_32ratio_900x600-900x600-36789

“2023-cü ildə Ukraynadakı vəziyyətə görə Aİ-nin yarısı tənəzzülə uğrayacaq” – BVF rəhbəri

image-lady-day-az

“2023-cü ilin qlobal iqtisadiyyatın böyük hissəsi üçün çətin il olacaq”

“Qanunla.az” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun ( BVF ) icraçı direktoru Kristalina Georgiyeva bildirib.

Georgiyeva deyib ki, yeni il qlobal iqtisadiyyat üçün əvvəlki illə müqayisədə daha çətin olacaq, çünki üç ən böyük iqtisadiyyatın – ABŞ,Çin,  Aİ və Avropa İttifaqının artım templəri birlikdə yavaşlayacaq.

BVF rəhbəri Rusiyanın  Ukraynadakı xüsusi əməliyyatından Aİ ölkələrinin “çox ciddi təsirləndiyini” də qeyd edib . Georgiyevanın sözlərinə görə, 2023-cü ildə Aİ ölkələrinin yarısı tənəzzülə uğrayacaq.

O, həmçinin vurğulayıb ki, Avropa hökumətləri çətin şərtlərə baxmayaraq “yıxılmayacaq”.

Kristalina Georgieva müsahibəsində həmçinin bildirib ki, Çində müşahidə olunan COVID-19 infeksiyalarının sayının artması qısa müddətdə qlobal iqtisadiyyata mənfi təsir göstərəcək. O, həmçinin enerji təchizatında Rusiyadan müstəqilliyə nail olmaq istəyən Avropa ölkələrini 2023-cü ildə “sərt qış”la üzləşəcəyinə əminliyini ifadə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki