image-qanunla-reklam
image-1664874533_image_2022-09-23_08-58-24-_1_-pic_32ratio_900x600-900x600-80341

200 mindən çox Rusiya vətəndaşı Qazaxıstana gedib

image-lady-day-az

Sentyabrın 21-dən, Rusiyada qismən səfərbərlik başlayandan indiyədək 200 min rusiyalı ölkəyə daxil olub, 147 min nəfər isə çıxıb.

“Qanunla.az” xəbər verir  ki,  bunu Qazaxstan Daxili İşlər Nazirliyinin rəhbəri Marat Axmetjanov deyib.

“Dünən ölkəmizə 7 mindən çox Rusiya vətəndaşı daxil olub. Hər şey miqrasiya nəzarəti altındadır”, – deyə Axmetjanov bildirib.

Qazaxıstan, Gürcüstanla yanaşı, qismən səfərbərlik başlayandan bəri Rusiyadan kütləvi ziyarətçi axını ilə üzləşib.

Bundan əvvəl məlum olmuşdu ki, Rusiya Federasiyası ərazisində sərhəd keçid məntəqələrinin yaxınlığında ruslar Qazaxıstanla sərhədi piyada keçmək üçün avtomobillərini tərk ediblər.

Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib, həmin gün müvafiq fərman imzalanıb. Dövlət başçısının sözlərinə görə, qismən səfərbərlik çərçivəsində yalnız ehtiyatda olan vətəndaşlar, ilk növbədə təcrübəsi olanlar hərbi xidmətə çağırılacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki