image-qanunla-reklam
image-1661839602_u

“200 min rusiyalı işsiz qala bilər” – Mişustin

image-lady-day-az

Növbəti rübdə təxminən 200 min rusiyalı işsiz qala bilər.

Qanunla.az xəbər  verir ki, bunu  Rusiyanın Baş naziri Mixailo Mişustin iqtisadiyyatın sabitliyinin artırılması üzrə hökumət komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti onlara yeni iş tapmaqda və ya vəziyyətə uyğunlaşmaqda kömək edəcək.

“Bizdə gizli işsizlik də var. Söhbət gələn rübdə işini itirə biləcək 200.000 və ya bir az daha çox insanın sayından gedir. Onların hər biri haqqında düşünmək lazımdır. Burada bəlkə də bu riskləri azaltmaq, insanlara iş tapmaqda kömək etmək və müəssisələrdən biri bağlanarsa vəziyyətə uyğunlaşmaq üçün bir sıra görüşlər keçirməliyik”, – Mişustin bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki