image-qanunla-reklam
image-1579930914-erdogan-esas

“200 hərbi əsir dəyişdiriləcək” – Ərdoğan

image-lady-day-az

Ukrayna və Rusiya 200 hərbi əsirin mübadiləsi ilə bağlı razılığa gələ biliblər.

“Qaunla.az” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində deyib.

“Özbəkistanda mən prezident Putinlə görüşdüm və onunla çox geniş müzakirələrimiz oldu. Tərəflərin razılığına əsasən, 200 girov dəyişdiriləcək” – deyə o bildirib.

Onun sözlərinə görə, müharibə başa çatdıqdan sonra Rusiyanın ələ keçirdiyi bütün torpaqlar geri qaytarılmalıdır.

“Ələ keçirilən torpaqlar Ukraynaya qaytarılacaq”, – deyə Ərdoğan bildirib.

O, həmçinin qeyd edib ki, heç bir “işğal”a haqq qazandırmaq olmaz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki