image-qanunla-reklam
image-1666075987-3a81d7d991b629b89b93e971c1cc585e

14,5 ton narkotik bitki məhv edildi

image-lady-day-az

“Xaşxaş-2022” şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə cari ilin aprel-oktyabr ayları ərzində Lerik, Qazax, Yardımlı, Zaqatala, Qax, Qubadlı və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 24,6 hektar sahədən yabanı halda bitən 5768 kq xaşxaş (21977 ədəd) və 8804 kq çətənə kolları (28099 ədəd) müvafiq qaydada məhv edilib.

Bu barədə Qanunla.az-a  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki