image-qanunla-reklam
image-bbb-1-1079x600

10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu

image-lady-day-az

44 günlük müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünü təsdiqi kimi qəbul edildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşın ideya qayəsi, qələbəyə səsləyən sərkərdə çağırışı oldu.

Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı Azərbaycan Ordusu irəli gedirdi,hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın. Nəticədə biz məqsədimizə nail olduq.

Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə, platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmış və bu işin səmərəsi olmuşdur. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı  təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpaqlarımızdır, Qarabağ Azərbaycandır.

 

Zərdab rayon Salahlı  kənd ümumi  orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki