image-qanunla-reklam
image-89drdscvfn_001

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat ilə əlaqədar

image-lady-day-az

Erməni miflərinə son

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz, Ermənistanın öz Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırmağa çalışdığı mifi 44 günə dağıtdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan əldə etmək  istədiyi heç bir şeyə nail ola bilmədi və «Böyük Ermənistan» planı fiaskoya uğradı. «Dağlıq Qarabağ»ın status məsələsi tarixin arxivinə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin işğalına əsaslanan planları alt-üst oldu. Azərbaycan dövləti işğalçı Ermənistana sülh razılaşmasını imzalamağı təklif etməklə, humanizm prinsiplərinə sadiqliyini  nümayiş etdirir. Ermənistan yenə də, xislətinə uyğun olaraq sülh razılaşmasını imzalamaqdan yayınır.  Amma, Azərbaycanın tələbi də ortadadır-Sülh təklifi masa üzərində daimi saxlanıla bilməz.

Kamal Xəlilov – Zərdab Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki