image-qanunla-reklam
image-1683920273_413069587_0_195_2000_1325_2072x0_60_0_0_29d4d6ff5a348e1f2021a7d6dab6ea18

Zibil atmağa görə hədiyyə veriləcək

image-lady-day-az

Məişət tullantılarını lazımi yerlərə atacaq Belçika sakinləri kommunal xidmətlərə endirim, muzeyə pulsuz bilet və ya mağazalarda müəyyən əşya ilə dəyişdirilə bilən xüsusi çeklər əldə edə biləcəklər.

 “Qanunla.az” xəbər verir ki, çeki əldə etmək üçün xüsusi proqram yükləməli və onun vasitəsilə atılan zibillərin görüntüsünü çəkmək lazımdır.

Məlumata görə, digər Avropa ölkələri də küçələrdə tullantıların miqdarını azaltmağa çalışırlar. Məsələn, ötən il İtaliyada zibilin avtomobilin pəncərəsindən atılmasına görə cərimə ikiqat artırılıb. İndi bu pozuntunun törədildiyi yerdən asılı olaraq 216 avrodan 866 avroya qədər cərimə yazıla bilər. Avtomobilin pəncərəsindən atılan siqaret kötüyü isə sürücüyə 56-204 avroya başa gələcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki