image-qanunla-reklam
image-1676125855_230209103313-02-zelensky-belgium-020923

Zelenski G20 sammitinə dəvət edilməyəcək

image-lady-day-az

Ukrayna nümayəndə heyəti və prezident Volodimir Zelenski şəxsən Yeni Dehlidə keçiriləcək G20 sammitinə dəvət edilməyəcək. 

“Qanunla.az” xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Caişankar brifinq zamanı bildirib.

Onun sözlərinə görə, iclasda yalnız G20-nin üzvləri, eləcə də Hindistanın dəvət etdiyi dövlətlər iştirak etməlidir: “Fikrimizcə, sammitdə G20-yə üzv dövlətlər, eləcə də dəvət etdiyimiz ölkələr və təşkilatlar iştirak edir. Biz G20-yə sədrlik edəndən dərhal sonra qonaqların siyahısını açıqladıq. Bu, yenidən nəzərdən keçirilən bir sual deyil. Və bu, heç kimlə müzakirə etmədiyimiz bir məsələdir”.

Qeyd edək ki, sentyabrın 9-10-da Yeni Dehlidə G20 liderlərinin sammiti keçiriləcək, bundan sonra Hindistan sədrliyi Braziliyaya təhvil verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki