image-qanunla-reklam
image-1688452838_ambulans

Zaqatalada qəza – Yaralanan var

image-lady-day-az

Zaqatalada iki minik avtomobili toqquşub, sürücülərdən biri xəsarət alıb. 

“Qanunla.az” xəbər verir ki, hadisə Zaqatala şəhəri ərazisində, Tala çayı üzərindəki Asma körpüdə  baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı və “Opel” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı “VAZ 2106” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmməd oğlu Əhmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki