image-qanunla-reklam
image-1665770667-qezapiyada

Yol kənarı ilə hərəkət edən kişi və qardaşı qızını maşın VURDU

image-lady-day-az

Dünən Qəbələdə yol qəzası olub.

“Qanunla.az”ın məlumatına görə, ötən gün saat 22 radələrində Qəbələ rayonunun Məlikli kəndi ərazisində sürücü, rayon sakini Elçin Balıyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarında hərəkətdə olan piyadalar-1992-ci il təvəllüdlü Şahid Kərimovu və onun qardaşı qızı, 10 yaşlı Ə.Kərimovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub və şöbənin İstintaq bölməsində araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki