image-qanunla-reklam
image-1661086289_5589b0

Yevlaxda kamaz qəza törətdi – güclü yanğın baş verdi

image-lady-day-az

Yevlaxda otla yüklü qoşqulu kamaz elektik xəttinə toxunaraq yanğına səbəb olub. 

Qanunla.Az-ın məlumatına görə hadisə rayonun Tanrıqullar kəndində baş verib.

Hava elektrik xəttinin nisbətən aşağı məsafədən keçən hissəsinə toxunan otla dolu qoşqulu kamaz xəttdə qısqapanma yaradıb. Qəza nəticəsində güclü yanğın baş verib.

Qonşusundakı ot yükü yandığından sürücü yük maşınını qoşqudan açaraq təhlükəsiz əraziyə çəkib. Qoşqu otla bərabər yanıb. Elektrik xəttləri və bəzi ona bitişik sayğaclar və telefon xətləri yanaraq yararsız hala düşüb.
Əraziyə cəlb olunan bir neçə yanğınsöndürmə briqadası alovun daha da geniş əraziyə yayılmasının və küçədəki  yaşayış evlərinə keçməsinin qarşısını alıb. Hazırda hadisə yerində lokallaşdırma istiqamətində son tamamlama işləri və araşdırma aparılır. Ərazinin elektik təsırrüfatının bərpası üçün işlər görülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki