image-qanunla-reklam
image-yermak-1

Yermak: Rusiya zərbələr sürətli olmalıdır

image-lady-day-az

Rusiya qaz şantajına əl ata bilər. AB-yə üzv dövlətlər Ukraynanı dəstəkləməlidir.

Qanunla.Az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

O bildirib ki, Rusiya Ukraynada müharibəyə başlamaqla artıq ərzaq böhranına səbəb olub:

“Nəzərə alsaq ki, Kreml indi Ukrayna limanlarının bloklanmasını sanksiyaların ləğvi ilə mübadilə etmək istəyir. Moskvanın son məqsədini başa düşmək olar. Və hazırda Qərb dünyasının gücünü və birliyini nümayiş etdirmək vacibdir”.

Yermak müttəfiqlərə Ukraynaya iqtisadi dəstək etmək, rus neftinə embarqo, Rusiyanın bank sisteminə sanksiyalar, Ukraynanı cəbhədə lazım olan silahlarla təmin etməyi təklif edib:

“Rusiyaya zərbələr tərəddüd etmədən sürətli olmalıdır. Əks halda, Kreml AB-ni parçalamağa və öz şantajını davam etdirməyə çalışacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki