Ümid edirik ki, ABŞ Prezidenti Co Bayden bu il ərzində Ukraynaya səfər edəcək.
Qanunla.Az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak deyib.
O bildirib ki, səfərlə bağlı indiyə kimi tarix müəyyən edilməyib:
“Səfərin yaxın tarixlərdə baş tutacağına inanırıq. Eyni zamanda ABŞ Dövlət katibi Entoni Blinken də bununla bağlı istəyini ifadə edib”.
Qeyd edək ki, ABŞ Dövlət katibi E.Blinken Ukraynada rəsmi səfərdədir.