image-qanunla-reklam
image-1658218933-methode_times_prod_web_bin_51cee1d8-053a-11e9-9685-be54be25c61a-750x430

Yeni virus yayıldı – ölənlər var

image-lady-day-az

Qərbi Afrika ölkələrindən biri olan Qanada ölümcül Marqburq virusu nəticəsində eyni ailədən iki nəfər ölüb.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, Afrikanın səhiyyə orqanları bu şəxslərlə təmasda olan 98 nəfərin karantində olduğunu açıqlayıb.

Səlahiyyətlilər bu yaxınlarda hər iki xəstənin ölkənin cənubundakı Asanti bölgəsindəki xəstəxanada dünyasını dəyişdiyini açıqlayıb.

Qeyd edək ki, ebolaya səbəb olan virusa bənzər Marqburqun müalicəsi yoxdur. Bununla belə, həkimlər hesab edirlər ki, çoxlu su içmək və müəyyən simptomları müalicə etmək xəstənin sağ qalma şansını artırır.

Bildirilib ki, Marqburq yarasalardan insanlara keçə bilir. İnsanlar arasında isə bədən mayeləri vasitəsilə yayılır.

Xəstəliyin ilkin əlamətləri baş ağrısı, qızdırma, əzələ ağrıları, qan qusma və qanaxmadır.

Qanada səlahiyyətlilər insanları mağaralardan uzaq durmağa və bütün ət məhsullarını istehlak etməzdən əvvəl yaxşıca bişirməyə çağırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki