image-qanunla-reklam
image-bez-nazvaniya

Yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılır

image-lady-day-az

Yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılır.

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olmuş, İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak etmiş, “Basqal” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində aparılan tikinti -bərpa işləri ilə maraqlanmışdır. Bu səfər adları çəkilən bölgələrin sakinləri tərəfindən hərarətlə qarşılanmışdır.

Cənab Prezidentin Azərbaycanın bölgələrində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə nəzər salanda bütün tarixi, milli-mənəvi, mədəni dəyərlərin, müdrik və uzaqgörən yanaşmanın olduğunu görürük. Təbii ki, bütün bunlar ilk növbədə insanların rifahına xidmət edir. Regionların iqtisadiyyatını möhkəmləndirməklə yanaşı, burada yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun artırılması istiqamətində də əməli işlər görülür.
Bütün bu sadalanan amillər ölkə başçımız tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür.

 

Mayisə Xəlilova Dəkkəoba kənd tam orta məktəbin direktor müavini.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki