image-qanunla-reklam
image-1674116023_ria_8347924-pic_32ratio_900x600-900x600-46207

Yəhudi Konqresi Lavrovun üzr istəməsin tələb edir

image-lady-day-az

Avropa Yəhudi Konqresi Rusiya xarici işlər naziri Sergey Lavrovdan ABŞ hakimiyyətinin Rusiya və Hitlerə qarşı siyasətini müqayisə etdiyi üçün üzr istəməsini tələb edib.

Qanunla.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə konqresin saytı məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Lavrov dediyi sözlərə görə üzr istəməlidir. Həmçinin, Konqres Lavrovun ABŞ siyasəti ilə Holokost zamanı altı milyon yəhudinin qətlini müqayisə etməsindən şoka düşüb.

Bundan əvvəl Lavrov ABŞ-ın Rusiyaya qarşı koalisiya yaratmaq üzrə hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin siyasəti ilə müqayisə edib.

Lavrov qeyd edib ki, Qərb siyasətçiləri indi “açıq şəkildə deyirlər ki, Rusiya strateji məğlubiyyətə uğramalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki