image-qanunla-reklam
image-download-1

“Yaxın vaxtlarda sülh müqaviləsi ilə bağlı…” – Paşinyan

image-lady-day-az

“İrəvan tezliklə Bakının sülh müqaviləsi ilə bağlı növbəti təkliflərinə öz müşahidələrini təqdim edəcək”.

“Qanunla.az” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb və bununla da müzakirələrin 4-cü mərhələsinə keçib: “Yaxın vaxtlarda müzakirə edib müşahidələrimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq”.

Qeyd edək ki, sülh müqaviləsi üzərində iş prosesi 2022-ci ilin martında Azərbaycanın Ermənistana 5 bəndlik sənədi təhvil verməsi ilə başlayıb. Bundan sonra İrəvan və Bakı sazişin yekun variantı ilə bağlı təkliflərini mübzakirə edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki