image-qanunla-reklam
image-1690524618_1690524017-635671-6e0a2127-e368-3787-854c-89b1ea9b630d_850

Yaponiya diplomatı Cənubi Koreya XİN-ə çağırıldı

image-lady-day-az

Yaponiyanın Seuldakı səfirliyinin nümayəndəsi Mondo Yamamoto Cənubi Koreya Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

Qanunla.az TASS-a istinadən xəbər verir ki, buna səbəb Tokionun mübahisəli Tokto (Takesima) adaları ilə bağlı iddialarıdır.

Belə ki, Yaponiya Müdafiə Nazirliyinin illik hesabatının dərc olunduğu “Ağ kitab”da Tokto adaları ölkə ərazisi kimi göstərilib.

Cənubi Koreya XİN bildirib ki, Yaponiya artıq 19-cu ildir ki, adalara iddialarını bəyan edir.

Tokto adaları Tokio və Seul arasında mübahisə obyektidir. Hazırda bu arxipelaq Cənubi Koreyanın nəzarətindədir. 1905-ci ildə Yaponiya prefekturasına daxil edilsə də, İkinci Dünya müharibəsindən sonra Yaponiya  həmin adalara nəzarəti itirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki