image-qanunla-reklam
image-yap1_11677665641

YAP-sı həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir

image-lady-day-az

Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir.

“Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”. Ulu Öndər Heydər Əliyevin partiyanın yarandığı ilk illərdə söylədiyi bu fikir siyasi təşkilatın uğurlu gələcəyindən, xalqımızın mənafeyini təcəssüm etdirməsində, Azərbaycanın davamlı və nəhəng uğurlara imza atmasında öz payı olacağından xəbər verirdi.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin ən güclü siyasi təşkilata Sədr seçilməsi partiyanın həyatında böyük tarixi hadisə oldu. Prezident seçkilərində cənab İlham Əliyevin hakim partiyanın namizədi kimi qələbə qazanması partiyanın nüfuzunu daha da artırdı. Ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar dahi rəhbər Heydər Əliyevin miras qoyduğu partiyanın siyasi sistemdə, beynəlxalq partiyalararası münasibətlərdə mövqeyini daha da möhkəmləndirdi. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir.

Ulu Öndərin də qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi, xalqın daim dəstəklədiyi partiya  böyük gücə çevrilib. Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə üzərinə düşən missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəf və ləyaqətlə yerinə yetirən partiya Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən mühüm tarixi hadisəsi – 44 günlük Vətən müharibəsində üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi. Qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi birləşmələrini “Dəmir yumruq” əməliyyatı ilə darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın milli qürur hissini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq siyasi partiyaların Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət ətrafında sıx birləşməsi, vətənpərvər oğullarımızın torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərməsi, bu yolda şəhidlik zirvəsinə ucalması xalqımızın qəhrəmanlığının ifadəsi oldu.

Şanlı Qələbə ilə bütün dünyaya öz gücünü göstərən Azərbaycanın alternativsiz partiyasının proqramında Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi ilə bağlı dəqiq hədəflər müəyyən edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda geniş quruculuq işlərinin aparılması Vətənini sevən hər bir azərbaycanlıda böyük qürur hissi yaradır.

Bütün bunlar sübut edir ki, müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyası 30 illik tarixi dövründə Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini verib. Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi partiyanın yeni Proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarları, prinsipləri, hədəfləri və vəzifələri birləşdirir.

Ulu  Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi göz önündə canlanır. 30 il ərzində zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası alternativsiz siyasi qüvvə olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib. Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib.

Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” fikirləri xalqın sevgisini qazanan partiyada bu gün də öz aktuallığını qoruyur. Öz şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.

Hakim partiyanın hər bir üzvü partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir. Bütün bunlar partiyanın bugününə və gələcəyinə olan inamının göstəriciləridir.

İnanırıq ki, Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli tarixi yol əbədi olacaq və partiya ölkəmizin qüdrətinin artırılmasında öz dəst-xətti, imzası ilə yeni töhfələrini xalqımıza ərməğan edəcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.

Ötən 30 il sübut etdi ki, Yeni Azərbaycan Partiyası regionun ən qüdrətli siyasi təşkilatı, tarixi zərurətin ən dolğun və alternativsiz siyasi təşkilatıdır. 30 ildir yaranan  Yeni Azərbaycan Partiyası bu illər ərzində xalqın böyük nüfuzunu, inamını qazanıb, ölkə vətəndaşlarının etibar etdiyi partiyaya çevrilib. “Dünənin, bugünün, gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyası müstəqil ölkəmizin dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoyub.

Yeni Azərbaycan Partiyasının yarandığı 21 noyabr 1992-ci il günü ən əlamətdar, unudulmaz təqvimlərindən biri kimi ictimai-siyasi tariximizə əbədi həkk olunub.

O dövrdə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürürdü. Müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanda anarxiya, hərc-mərclik tüğyan edirdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu həmin vaxtlar ümid yalnız dövlətin milli maraqlarını, xalqın ali mənafeyini rəhbər tutan müdrik dövlət xadimi Heydər Əliyevə idi.

Separatizm meyillərinin gücləndiyi, iqtisadi, sosial vəziyyətin gərginləşdiyi, siyasi çəkişmələrin dözülməz hala gəlməsi vəziyyəti günü-gündən daha da ağırlaşdırırdı. Azərbaycan xalqının gələcəyindən narahat olan bir qrup vətənpərvər ziyalımız 1992-ci ilin oktyabrında dahi rəhbərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif edir. Çox keçmir Ulu Öndər Heydər Əliyev cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verir. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda ağır bir şəraitdə, böyük təzyiqlər altında Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı, güvəndiyi bir siyasi təşkilat yaranır. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ilə müstəqilliyinə ilk addımlarını atan Azərbaycanın tarixində parlaq gələcəyin əsası qoyulur.

Yarandığı ilk gündən ölkə həyatında baş verən bütün proseslər partiyanın diqqət mərkəzində oldu. Problemlərə həssaslıqla yanaşıldı, onların həlli istiqamətində müəyyən addımlar atıldı, dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Dahi rəhbər Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq arenaya çıxmasına təkan olan, müstəqil ölkəmizin iqtisadiyyatına töhfələrini verən nəhəng iqtisadi layihələr reallaşdı.

Müstəqillik, dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsipləri proqramında rəhbər tutan partiyanın əsas məqsədi hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın dünya birliyində özünə layiqli yer tutması olub.

Xalqını, millətini və bütövlükdə, Vətənimizi bəlalardan qurtaran, ölkəmizin sürətlə inkişafı üçün hər cür şəraitləri yaradan, Vətənini, dövlətini böyük məhəbbətlə sevən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı, Yeni Azərbaycan Partiyasına böyük nüfuz qazandırdı. Xalqın sevə-sevə üz tutduğu partiya Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində yaxından iştirak etməklə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsinə böyük töhfələr verdi.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

Regionun ən güclü siyasi partiyası

Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük və şərəfli yol keçib. Azərbaycanın çətin sınaqlarla, təhlükələrlə üz-üzə qaldığı bir dövrdə yaranmış partiya Ulu Öndər Heydər Əliyevin timsalında xalqın istək və arzularını özündə əks etdirirdi. Məhz bu səbəbdəndir ki, təsis olunduqdan qısa müddət ərzində təşkilatlanaraq möhtəşəm bir siyasi gücə çevrildi.

1990-cı illərin əvvəlində Azərbaycanda xaos, anarxiya hökm sürürdü, müstəqilliyimiz elan olunsa da bu, yalnız kağız üzərində idi. Belə  bir şəraitdə insanların sabaha ümidi yox idi. Buna görə də, ölkənizin gələcəyini düşünən ziyalılar yeni bir siyasi partiyanın yaradılması ilə bağlı Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Ulu Öndərimiz bu müraciətə müsbət cavab verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda görkəmli siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı.

Yarandığı  vaxtdan qısa müddət sonra hakimiyyətə gələn partiyamız Ulu Öndərimizin rəhbərliyi ilə böyük uğurlara imza atdı.

Xüsusilə vurğulamalıyıq ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin lokomotivi və güc mərkəzidir. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Partiyanın fundamental resursları sırasına onun öz ətrafında cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fiqurlarını birləşdirməsi, üzvlərinin sayının  minlərlə nəfərə yaxın olması, güclü siyasi idarəçilik təcrübəsinə malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri daxildir. Partiyamızın çoxminli üzvləri  Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq qalaraq bu ideyaların təbliğində, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin təşviqində aktiv mövqeyə malikdirlər. Bütövlükdə, Azərbaycan cəmiyyətinin intellektual potensialı YAP-ın sıralarında cəmləşib, gənclərimiz və qadınların partiyanın həyatında fəal iştirak edirlər. Beləliklə, 30 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Məhz bunun nəticəsidir ki, YAP bütövlükdə Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib.

YAP-a xalq içərisində bu dərəcədə dəstəyin olması Ümummilli Lider Heydər Əliyev siyasətinin birmənalı şəkildə dəstəkləndiyini göstərir.

Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Döyüş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir. Bu gün Azərbaycanın tarixində yeni səhifə başlanır. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi formal xarakter daşımayır

Regional güc mərkəzi, dünyada söz və nüfuz sahibi olan Azərbaycan qlobal geosiyasi gündəliyi müəyyənləşdirən növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. Martın 2-də paytaxt Bakıda BMT-dən sonra ikinci ən böyük təşkilat olan, sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının postpandemiya dövrünə həsr olunmuş Sammiti baş tutacaq.

Müxtəlif beynəlxalq təşkilatlarda fəal təmsil olunan, qərarların qəbulunda və icrasında yaxından iştirak edən Azərbaycan dünya siyasi arenasında çoxtərəfli diplomatiyanın inkişafına mühüm töhfələr verir. Dünya dövlətlərinin üçdəikisini əhatə edən Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi dövründə çevik və səmərəli fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Milli maraqlara və qlobal çağırışlara adekvat strateji kurs həyata keçirən Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür və 2019-cu ildən təşkilata sədrlik edir. Azərbaycanın sədrliyi dönəmində Hərəkatın fəaliyyəti – müzakirə olunan məsələlər və qəbul edilmiş qərarlar beynəlxalq siyasi proseslərə, həmçinin BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına ciddi təsir göstərib. Təsadüfi deyil ki, prosedura görə, Azərbaycanın sədrlik müddəti 2022-ci ildə bitməli olsa da, hərəkata üzv dövlətlərin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadılıb. Daha dəqiq desək, Qoşulmama Hərəkatına üzv dövlətlər ölkəmizə Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müraciət respublikamız tərəfindən müsbət dəyərləndirilib.

44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr zamanı Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv qətnamənin qəbuluna mane oldular. Bu ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Bunun nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur oldular.
Azərbaycanın həm təşkilat daxilində, həm də Hərəkata sədr kimi fəaliyyətinin çox mühüm istiqamətlərindən, eləcə də faydalı nəticələrindən biri Qoşulmama Hərəkatı ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafıdır. Qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında 2020-ci ilin may ayında keçirilən Zirvə görüşündə 120 ölkə, həmçinin tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı təmsil olunub. Bundan başqa, sıralarında 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb.
Bunlarla yanaşı, Azərbaycanın sədrliyi dövründə və yüksək fəallığı fonunda Qoşulmama Hərəkatında mühüm ilklərə və yeniliklərə imza atılıb. Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının təsis olunması bu baxımdan xüsusi vurğulanmalıdır.
Beləliklə, bəzilərinin bədbin proqnozlarının əksinə olaraq, Qoşulmama Hərəkatının fəaliyyət dairəsi genişlənir, idarəetmə mexanizmi təkmilləşir və təşkilatın işində yeni mərhələ başlanır. Bu günlərdə Azərbaycanın başkəndi, regionun isə diplomatiya paytaxtı olan Bakıda Qoşulmama Hərəkatının tarixində yeni və daha önəmli səhifə açılır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

Mənəvi amil Azərbaycanın qələbəsində həlledici rol oynamışdır

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası  və  bu siyasətin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. Yeni Azərbaycan Partiyasının əsas hədəflərindən biri Azərbaycan həqiqətlərini, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq, tarixi ədalətin bərpasına, ərazi bütövlüyümüzün təmin edilməsinə nail olmaq idi. Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrün uğurlarının, keçilən yolun bələdçisi olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə Azərbaycan Ordusunun yazdığı tarixə  şahidlik etdi. Bu Qələbə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, o cümlədən siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəsin birliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə həmrəyliyinin nümayişi oldu. Hər bir dövlətin əsas missiyalarından biri öz torpaqlarının təhlükəsizliyini təmin etməkdir ki, Azərbaycan dövləti də bunu bacardı. Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü müstəqilliyimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, qalib Prezident, cənab İlham Əliyevin rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunmaqdan qürur hissi keçirir, ölkəmizin həyatında başlanan yeni mərhələyə-işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinə öz töhfələrini verməyə səy göstərirlər.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və davamlı inkişaf gətirdi. Yeni Azərbaycan Partiyasının qısa müddətdə milyonların sevgisini qazanmasının, xalqın partiyasına çevrilməsinin tək bir səbəbi var idi: Ümummilli Liderə xalqın sonsuz sevgisi və inamı! Çünki zaman göstərdi ki, xalq Ulu Öndər Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etdi, müstəqilliyimiz əbədi, dönməz oldu. Son  ilin uğurları əsas verir ki, Prezident cənab İlham Əliyev Ümummilli Liderin görmək istədiyi Azərbaycanı qurub. Adını tarixə torpaqlarımızın xilaskarı kimi yazan cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtliyini ifadə edir və bu hisslər atılan hər bir addımda, görülən işlərdə aydın mənzərəsini yaradır. Ölkəmizin ən ağır sınaq günlərində yaranan YAP Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda dövlətçiliyin qorunması, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynayıb. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP ölkəmizin siyasi həyatına yeni nəfəs verib, qurtuluş və tərəqqinin simvoluna çevrilib.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım

Türkiyədə baş vermiş  zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılanıb.
Təbii fəlakətin baş verməsinin ardından  Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirib, dərhal qardaş ölkəyə öz dəstəyini göstərib. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan  Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda, Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər. Bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının üzvləri də bu çətin günlərdə Türkiyə  xalqının yanında olduqlarını nümayiş etdirir, öz imkanları daxilində köməyini əsirgəmirlər. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin tapşırığı əsasında YAP Mərkəzi Aparatı tərəfindən təbii fəlakətdən zərərçəkən şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən generator, elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edilib.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Gülbəniz Əhmədova

 

 

Müstəqil siyasət və öz gücünə inam.

2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilmişdir.. Bu qurultay partiyanın və ictimai-siyasi münasibətlər sisteminin tarixində mühüm hadisə olaraq diqqəti cəlb edirdi. Ölkənin ictimai-siyasi proseslərində ən aktiv mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının rəhbər strukturları məhz VII qurultayda yenidən formalaşdırıldı, eyni zamanda digər əhəmiyyətli qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların YAP-a qoşulmasına dair müraciətlərinə baxılaraq, müsbət dəyərləndirildi.

Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının önəmli siyasi, ictimai hadisələrə münasibətdə hər zaman ön xətdə irəliləməsi, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlaması, bu yolda islahatlara xüsusilə önəm verməsi ilə seçilir.

Hər kəsə məlumdur ki, Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevlə bağlıdır. Ulu Öndərin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.

Ulu Öndər Heydər Əliyevin davamçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Post-müharibə dövrünün reallıqlarına uyğun olaraq, siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyini daha da gücləndirməsi, Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və bu kimi milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Əsasən, ölkənin aparıcı siyasi təşkilatı və geniş elektorata, əhatə dairəsinə malik olan partiyası kimi YAP-ın da üzərinə bu istiqamətdə mühüm vəzifələr və məsuliyyət düşür. Məhz bu baxımdan partiyanın tarixi Zəfərdən sonra keçirilən ilk və mühüm qurultayı ölkənin inkişafında da yeni mərhələnin əsasının qoyulması ilə xarakterizə edildi. VII qurultay partiyanın inkişafı, müasir çağırışlara cavab verməsi baxımından əhəmiyyətli hadisə kimi qeyd edildi.

Vətən müharibəsində 50 siyasi partiya Prezident cənab İlham Əliyevi dəstəklədiyini bəyan etdi, eyni zamanda, müxtəlif regional və beynəlxalq təşkilatlara müraciətlər göndərdi, beləliklə də, Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy, immunitet qabiliyyətli yetkin bir sistem olduğunu göstərdilər.

Yeni Azərbaycan Partiyası bütün bu siyasi reallıqların fonunda, yaranmış reallıqlardan çıxış edərək, özünün müəyyənləşdirdiyi yenilənmiş fəaliyyət proqramı ilə yoluna davam etməkdədir.

Zərdab rayon Heydər  Əliyev Mərkəzinin əməkdaşı  Alagöz Namazova

 

Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı xüsusi yer tutub. Ümummilli Lider bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Dahi şəxsiyyət  respublika rəhbərliyinə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərə mühüm yer ayırdı və onların  himayədarı kimi çıxış etdi.

Bu gün hər birimiz böyük fəxr hissi ilə qeyd edirik ki, günbəgün güclənən, qüdrətlənən, dünya birliyində layiqli yer tutan   Azərbaycan  qürur mənbəyimizdir. Bu uğurlarımızı önə çəkərkən, təbii ki, onların böyük səylərin, qətiyyətin sayəsində qazanıldığını  unutmamalıyıq. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi, həyat  inkişaf edir, nəsillər nəsilləri əvəz edir. Gənclərin Azərbaycanın  müstəqillik yolunun  nə qədər ağır dövrdən keçməsindən xəbəri yoxdur. Bunun üçün onları düzgün məlumatlandırmaq, tariximiz barədə aydın təsəvvür yaratmaq əsas tələblərdəndir. Müharibə şəraitində yaşayan bir ölkədə vətənpərvər ruhlu gənclərin yetişdirilməsi vacibdir.

Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissinə çevrilməsi də onlara olan etimaddan irəli gəlir. Gənclər Azərbaycanın gələcəyi kimi dəyərləndirilir. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında Gənclərin I Forumunun keçirildiyi tarix-yəni 2 fevral   Azərbaycanda Gənclər Günü kimi elan edildi. Gənclər onlara göstərilən etimadı fəaliyyətləri ilə doğrultmağa səy göstərirlər. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı cənab İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında gənclərin milli ruhda tərbiyəsinin prioritet xarakter daşıdığını önə çəkərək partiyanın nəzdincə yeni yaradılan Veteranlar Şurasının bu işə böyük töhfələr verəcəyini xüsusi qeyd etmişdir. Ölkəmizdə təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması  hər dövrün tələblərinə uyğun addımların atılmasına yol açır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki