image-qanunla-reklam
image-1658471453_1620709689-52

Yanğınsöndürən helikopter çaya düşdü

image-lady-day-az

ABŞ-da iki nəfərin olduğu yanğınsöndürən helikopteri Aydaho ştatında Salmon çayına düşüb.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Meşə Xidmətinin sözçüsü məlumat yayıb.

” ROTAK Helicopter Services” tərəfindən idarə olunan, iki pilotu olan CH-47D seriyalı “Chinook” helikopteri Salmon yaxınlığındakı ərazidə qəzaya uğrayıb. Təcili tibbi yardım qrupları hadisə yerinə cəlb edilib”, – deyə məlumatda qeyd olunub.

Hadisənin başvermə səbəbi araşdırılır.

Qeyd edək ki, helikopter Moose yanğınını söndürmək üçün meşəlik əraziyə gedibmiş.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki