image-qanunla-reklam
image-1678968730_1668199860_zelze-1630424366

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı AÇIQLANDI

image-lady-day-az

Bu gün səhər İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 68 nəfər xəsarət alıb.

“Qanunla.az” xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan vilayəti Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Həmid Məhbubi deyib.

H.Məhbubinin sözlərinə görə, 8 nəfər uçqunlar altında qaldığı, qalanı isə zəlzələdən qorxaraq qaçdığı üçün xəsarət alıb.

O, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib.

Qeyd edək ki, bu gün Xoy rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki