image-qanunla-reklam
image-mevlut_cavushoglu1

Xocalı soyqırımı olmayacaqdı, əgər… – Çavuşoğlu

image-lady-day-az

Əgər indiki Türkiyə hakimiyyəti illər öncə iqtidarda olsaydı, Xocalı soyqırımı olmayacaqdı və Azərbaycanın torpaqları işğal edilməyəcəkdi.

Qanunla.Az  xəbər verir ki, bu sözləri Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, həmin zaman Türkiyə hakimiyyəti Azərbaycanı erməni işğalından qorumayıb.

Nazir, eyni zamanda, türk dünyasının gücləndirilməsi gərəkdiyini vurğulayıb:

“Biz öz güclərimizi birləşdirməliyik. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi türk dünyasının özünə inamını bərpa etdi. İndi hamı (TDT üzvləri) inanır ki, lazım gəlsə, Türkiyə onların da yanında olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki