image-qanunla-reklam
image-1664804552_1624118842_xin1-768x403

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT YAYDI

image-lady-day-az

“Mart qırğınlarının 105-ci ildönümündə Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı, irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin günahsız qurbanlarını dərin hüzn və rəhmətlə anır, bu kimi cinayətlərin qarşısının alınması və təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq”.

“Qanunla.az” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatında əksini tapıb.

Bildirilib ki, ədalətin bərpa olunmasının regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə mühüm töhfə verəcəyinə inanan Azərbaycan, öz növbəsində mövcud beynəlxalq hüquqi çərçivədə cəzasızlığa son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki