image-qanunla-reklam
image-1637318147-2017-06-22-16-36-501486631592_mehkeme

“Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq sədr müavinindən hədə-qorxu ilə 100 min manat tələb olunub

image-lady-day-az

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini olmuş Rafael Rəhmanova qarşı hədə-qorxu gəlinib.

Qanunla.az xəbər verir ki, ittihama görə, Rafael Rəhmanovun keçmiş qaynı Elman Quliyev onun sahib olduğu külli-miqdarda dəyərə malik çoxsaylı daşınmaz əmlakların siyahısı və şəxsi həyatı ilə bağlı topladığı özünə məlum olan rüsvayedici məlumatları müxtəlif xəbər portallarına və kütləvi informasiya vasitələrinə ötürməklə qısa müddət ərzində sosial şəbəkələrdə yayma hədəsi ilə ondan 100.000 manat nağd pul verməsini hədə-qorxu ilə tələb edib.

Zərərçəkmişin şikayəti əsasında Elman Quliyev saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Elman Quliyev barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs barəsində aparılan ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Qeyd edək ki, Rafael Rəhmanov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin keçmiş rəis Aydın Bəşirovun dövründə müavini olub. Aydın Bəşirov vəzifəsindən azad olunandan bir müddət sonra Rafael Rəhmanovda tutduğu vəzifədən azad olunub.(apa)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki