image-qanunla-reklam
image-himars

Xersonda rusların hərbi bazası vuruldu: 100 ölü, 200 yaralı

image-lady-day-az

Ukrayna ordusu Xerson vilayətinin Novaya Kaxovka şəhəri yaxınlığındakı ruslara məxsus silah-sursat anbarını məhv edib.

Qanunla.Az xəbər verir ki, bu barədə Odessa vilayət administrasiyasının spikeri Sergey Bratçuk deyib.

“Zərbə 49-cu ordunun idarəetmə məntəqəsinə, hava hücumundan müdafiə sistemləri və raket anbarına endirilib.İlkin məlumata görə, 100-dən çox ölü, 200-dən çox isə yaralı var. Yaralıların yarısının vəziyyəti ağırdır”, – Bratçuk bildirib.

Onun sözlərinə görə, ölü və yaralılar arasında yüksək rütbəli zabitlər də var. Ruslar hadisə yerinə təxliyə qrupları göndəriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki