image-qanunla-reklam
image-20220510014618_photooxemic

Xalqın nicatı

image-lady-day-az

Xalqın nicatı

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu  olmaqla yanaşı, həm də haqlı olaraq müasir Azərbaycan parlamentinin banisi sayılır. Onun uzaqgörənliklə bütün dövlət hakimiyyət orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial -mədəni tərəqqisinə yönəltməsi, Ali qanunvericilik orqanının imkanlarından bacarıqla istifadə etməsi dövlətçiliyin möhkəm təməlinin yaranmasına səbəb oldu. Ölkənin həm siyasi, həm də iqtisadi böhran yaşadığı bir vaxtda Heydər Əliyevin Ali Qanunvericilik orqanına sədr seçilməsi respublikanın həyatında çox mühüm hadisə oldu. Bu siyasi qayıdış, sözün əsl mənasında milləti özünə qaytardı. Ali məclisin sədri kimi fəaliyyyət göstərdiyi müddətdə ictimai – siyasi həyatdakı gərginliyi aradan qaldırılması üçün lazımi tədbirlər görməyə başladı.

Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barəsində qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da bu qısa zaman kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməlini qoydu. Onun iclası aparmaq tərzi, səlis danışığı, fikirlərini dəqiq çatdırma qabiliyyəti əsl parlamentarizm məktəbi idi.

Mayisə Xəlilova
Zərdab rayon  Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki