image-qanunla-reklam
image-1677745106-11335108

Vyetnamda yeni prezident seçildi

image-lady-day-az

Vyetnam Sosialist Respublikasının Milli Assambleyası Vo Van Tionqu ölkə prezidenti seçib. 

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin 488 deputatından 487-si Vo Van Tionqun namizədliyinin lehinə səs verib.

53 yaşlı siyasətçi 2026-cı ilə qədər dövlətə rəhbərlik edəcək.

Vyetnam Konstitusiyasına görə, Milli Assambleya ölkə başçısını təyin etmək və vəzifədən azad etmək səlahiyyətlərinə malik olan ali hakimiyyət orqanıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki