image-qanunla-reklam
image-veyseloglu

“Veysəloğlu” şirkətinin pulu mənimsənildi, məhkəmə qərarı ləğv etdi

image-lady-day-az

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Qədirlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib, Nizami Rayon Məhkəməsinin Orxan Qədirli barəsində olan hökmü ləğv olunub. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət işinin icraatına xitam verilib və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

İttihama görə, Orxan Qədirli paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində fəaliyyət göstərən “Veysəloğlu” MMC-nin 04 iyun 2013-cü il tarixli əmri ilə satış təmsilçisi vəzifəsinə qəbul edilib. Ona inanılaraq tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən vəsaiti cəmiyyətin xəzinəsinə vaxtında tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə edib özgə əmlakının mənimsəyib.

Belə ki, Orxan Qədirli yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini törədərək 25 fevral 2016-cı il tarixdən iyun ayının 20-nə kimi müddətdə “Veysəloğlu” şirkətinin anbarından post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün qaimələrlə 44 429 manat 71 qəpik, ona təhkim edilmiş ticarət nöqtələrindən isə 25 fevral 2016-cı il tarixədək 3 552 manat 93 qəpik dəyərində qida mallarını öhdəliyinə qəbul edib. Təqsirləndirilən şəxs onların satışından əldə etdiyi 40 043 manat 29 qəpik pul vəsaitini MMC-nin kassasına ödəyib və təhkim edilmiş 1 389 saylı mal anbarında olan 3 952 manat 31 qəpik dəyərində mallardan 3 406 manat 98 qəpik dəyərində mallar cəmiyyətin anbarına təhvil verilib, öhdəsində olan cəmi 7 939 manat 35 qəpik dəyərində mallardan 1 544 manat 19 qəpik dəyərində mallar ticarət obyektlərində qalıq qalıb.

Həmin malların satışından əldə olunaraq ona etibar edilmiş özgənin əmlakı olan 6 940 manat 49 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talamaqla “Veysəloğlu” MMC-yə xeyli miqdarda maddi ziyan vurub.

Nizami Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Hökmdə qeyd olunub ki, mülki iddiaçı MMC-nin mülki iddiası qismən təmin edilib, vurulmuş zərərin əvəzi kimi onun 2 525, 77 manat pulu zərərçəkmiş şəxsin hesabına köçürməlidir.

Kamal Məmmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki