image-qanunla-reklam
image-maxresdefault

Vətənpərvər Azərbaycan əsgəri

image-lady-day-az

Vətənpərvər Azərbaycan əsgəri

Əsrlər boyu qəhrəmanlıq salnamələri yaradan xalqımız hər zaman cəsurluğu və mərdliyi ilə tarixdə şanlı izlər buraxmışdır. Belə bir deyim var: “ Ordun varsa, yurdun var.” Həqiqətən də güclü, nizami ordu dövlətçiliyin qarantı, gələcəyin təminatıdır.

Ali Baş Komandan İlham Əliyev hər zaman ordumuzun hərbi potensiala malik olması ilə yanaşı Azərbaycan əsgərinin mənəvi keyfiyyətləri olduğunu bildirirdi. Hərbi təlimlərdə və paradlarda bizim texnikalarımız nümayiş etdirilir. Amma, bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir.

Azərbaycan ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır, həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu formalaşdırılmışdır. Ölkənin iqtisadı qüdrətinin artması ordu quruculuğuna müsbət təsir göstərmişdir. Müdafiə xərclərinə ayrılan vəsait nəticəsində yüksək döyüş qabiliyyətli, müasir silah-sursatla təmin olunmuş ordu yaradıldı.

Azərbaycan ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Əsgərlərimizin rəşadəti, döyüş ruhu, vətənpərvərlik hissi nəticəsində qısa müddətdə düşmən məhv edildi, tarixi ərazilərimiz yadelli tapdağından azad olundu.

Texniki üstünlüklərlə yanaşı ordumuz mənəvi üstünlüklərə də malikdir. Vətən müharibəsində düşmənin təxribatlarına ancaq döyüş meydanında müharibə qaydalarına uyğun olaraq cavab verməklə onu yerində oturmağa məcbur etdi və ən əsası öz doğma torpaqları uğrunda vuruşan Azərbaycan əsgərinin qalib gəlmək əzmi, ədaləti bərpa etmək istəyi bu mübarizədə ən vacib məqamlardan biri oldu.

Milli Ordumuz güvəc yerimiz, qürur mənbəyimizdir.

 

Mayisə Xəlilova Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki