image-qanunla-reklam
image-1676878193_331792565_1277171876346494_2540646871149095547_n

Vətən müharibəsi şəhidinin atası vəfat edib

image-lady-day-az

Vətən müharibəsi şəhidi, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı Ruslan Rəcəbovun atası vəfat edib.

“Qanunla.az” xəbər verir ki, şəhidin atası Rəcəb Rəcəbov Bakıda dünyasını dəyişib. Ötən gün mərhumun yas mərasimi keçirilib.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Ruslan Rəcəbov 2020-ci il oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki