image-qanunla-reklam
image-1655027406_bez-nazvaniya-2022-06-12t134847-255

“Varis” əməliyyatı: Putin nəhayət hakimiyyətin ötürülməsi barədə düşünməyə başlayıb…

image-lady-day-az

“Putin Dövlət Şurasının sədri, Dmitri Patruşev Rusiya prezidenti postunu tutacaq, Yekaterina Tixonova “Vahid Rusiya”ya başçılıq edəcək”

Rusiya prezidenti postunu Dmitri Patruşev, “Vahid Rusiya” partiyasının lideri postunu Yekaterina Tixonova (bir sıra KİV- lər onu Vladimir Putinin qızı hesab edir) tutacaq.
Qanunla.Az  xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov bəyan edib.
İlkin olaraq məqsəd SSRİ-ni bu və ya başqa formada bərpa etməkdir.
“Putin düşünür ki, birincisi, o, öz arzusunu-hər hansı formada SSRİ- ni bərpa etməyə macal tapacaqmı. Burada isə onun üçün maneə bizik, Ukraynadır. O, hətta Belarus barəsində də tələsmir, Lukaşenkoya o qədər də güclü təzyiq etmir, – Jdanov deyib. – Son zamanlar onun davranışlarından və çıxışlarından və Rusiyadan daxil olan informasiyadan mən bu nəticəyə gəlirəm ki, o, hakimiyyətin ötürülməsi barədə düşünməyə başlayıb. Çünki yenidən rokirovka barədə məlumatlar yayılır…Yenidən Dovlət Şurasının yaradılması ideyası və Putinin Dövlət Şurasında post tutacağı barədə ideya meydana çıxıb”, – Jdanov bəyan edib.
Ekspert hesab edir ki, Dovlət Şurasının rəhbəri olaraq Putin prezident seçkiləri barədə elan edəcək.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev öz oğlu Dmitrini-bugünkü aqrar siyasət nazirini təklif edir. Bu zaman ölkədə hakimiyyət balansı yaratmaq üçün o, “Vahid Rusiya” partiyası rəhbəri vəzifəsinə Putinin qızı Yekaterina Tixonovanı təklif edir…Yəni Putinin qızının əlində qanunverici hakimiyyət, özünün əlində isə prezident kimi icraedici hakimiyyət olacaq. Putin isə Dövlət Şurasına rəhbərlik edərək, hər şeyə başçılıq edəcək.
Ekspert güman edir ki, “Varis” əməliyyayını Təhlükəsizlik Şurasının rəhbəri kimi Nikolay Patruşev sığortalayacaq.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki