image-qanunla-reklam
image-1683265687-file-6b55b171f1d8172da16eab19a119d8c3

“Vaqner”in rəhbəri Şoyqunu təhqir etdi – VİDEO

image-lady-day-az

Ukraynadakı müharibədə iştirak edən Rusiya “Vaqner” özəl hərbi dəstəsinin rəhbəri Yevgeni Priqojin öldürülən rus hərbçilərinin cəsədlərinin görüntülərini yayıb. 

“Qanunla.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, o, Ukrayna ordusu tərəfindən öldürülən muzdluların cəsədləri fonunda Rusiya Federasiyasının hərbi rəhbərliyinə videomüraciət edib.

O, sursat çatışmazlığının 70%-ə çatdığını bildirərək Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu sərt təhqir edib.

“Bizdə 70% sursat çatışmazlığı var. Şoyqu, Gerasimov, sursat haradadır? Məxluqlar, bahalı klublarda oturursunuz. Övladlarınız əylənir, YouTube-da videolar çəkirlər. Düşünürsən ki, siz bu həyatın ağalarısınız. Elementar hesablamalar var – sursat normasını versəniz, beş dəfə az ölü olar. Onlar burada könüllü olublar və sizin kabinetlərinizdə kökəlməyiniz üçün ölürlər…”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki