image-qanunla-reklam
image-1653396921_1653396873_stolberjpeg-1638291326

“Uzunmüddətli dövrə hazır olmalıyıq” – Stoltenberq

image-lady-day-az

Ukraynadakı müharibə danışıqlar masası arxasında bitəcək.

Qanunla.Az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O müharibədən sonra da Ukraynanın NATO-nun əlavə dəstəyinə ehtiyacı olacağını deyib.

O qeyd edib ki, müharibənin nəticəsini proqnozlaşdırmaq çətindir.

“Müharibələr hər zaman gözlənilməzdir və buna görə də biz sadəcə olaraq uzunmüddətli dövrə hazır olmalıyıq”,-deyə Stoltenberq deyib.

O bildirib ki, ukraynalılar döyüş meydanında ölkələrini qorumaq üçün can atır. Bütün bunlara baxmayaraq Rusiya da böyük itki verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki