image-qanunla-reklam
image-1684812922_dunya-saglik-orgutu-reuters-1547370_1

ÜST-ün büdcəsi artırılacaq

image-lady-day-az

Üzv ölkələr tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2024-2025-ci illər üçün büdcəsinin 20 faiz artırılması öhdəliyi götürülüb.

“Qanunla.az” xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən 76-cı Ümumdünya Səhiyyə Assambleyası (ÜST) çərçivəsində ÜST-nin büdcəsi müzakirə edilib.

Üzv dövlətlər ÜST-nin 2024-2025-ci illər üçün Proqram Büdcəsini qəbul edərək üzvlük haqqını 20 faiz artırmağı öhdələrinə götürdülər. Bu proqram üçün nəzərdə tutulan büdcənin 6,83 mlrd dollar olmasına qərar verilib.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus üzv dövlətlərə bu qərara və ÜST-ə göstərilən etimada görə təşəkkür edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki