image-qanunla-reklam
image-1679555771_who_cholera-40

ÜST dünya miqyasında vəba təhlükəsi barədə xəbərdarlıq etdi

image-lady-day-az

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səviyyədə vəba təhlükəsi barədə xəbərdarlıq edib.

“Qanunla.az” xəbər verir ki, bu barədə təşkilatın hesabatında bəyan edilib.

Sənəddə epidemiyaların sayının artmasına və onların coğrafi genişlənməsinə işarə edilib, həmçinin vəba əleyhinə vaksinlərin və digər resursların çatışmazlığı xatırladılıb.

“ÜST qlobal səviyyədə riski çox yüksək qiymətləndirir”, – deyə ekspertlər vurğulayıblar.

Təşkilat əlavə edib ki, əksəriyyəti Afrika və Yaxın Şərqdə olmaqla artıq 24 ölkədə vəba epidemiyası qeydə alınıb.

Daha əvvəl ÜST bir çox ölkələrdə vəbadan ölüm hallarının əvvəlki illərdən daha çox olduğunu bildirib. Belə ki, 2021-ci ildə vəba xəstəliyinə yoluxma hallarının orta göstəricisi 1,9 faiz (Afrikada – 2,9 faiz) təşkil edib ki, bu da 10 ildən artıq müddətdə rekord göstərici olub. Ekspertlərin fikrincə, bu tendensiya 2023-cü ilin nəticələrində də qalacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki