image-qanunla-reklam
image-meyit

Uşaq cəsədinin tapılması faktı ilə bağlı cinayət işi başlanıldı

image-lady-day-az

2022-ci il mart 31-də paytaxtın Nizami rayonunun Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq cəsədinin aşkarlanması faktı üzrə Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Qanunla.az-a bildiriblər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci il aprelin 4-də A.K.(ad şərtidir) Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki