image-qanunla-reklam
image-1620647889_1-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur

Ulu Öndərin qayıdışı faciələrin qarşısını aldı

image-lady-day-az

Ulu Öndərin qayıdışı faciələrin qarşısını aldı.

Tarixi gələcəyə görə öyrənirlər. Keçmişi öyrənirlər ki,keçmişdəki səhvlər gələcəkdə buraxılmasın, təkrarlanmasın, yol verilmiş səhvlərdən düzgün nəticə çıxarılsın. Buna görə də ötən əsrin 90-cı illərininin əvvəllərindəki o faciəvi günləri görənlər, yaşayanlar o günləri xatırlamalı,gənc nəslə çatdırmalıdırlar.
Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ adlı dövlət “yuxarıların “köhnə qayda ilə idarə edə bilməməsi, ”aşağıların” köhnə qayda ilə yaşamaq istəməməsi səbəbindən dağıldl, parçalandı. Digər müttəfiq respublikalar kimi, Azərbaycan da 1991-ci ilin oktyabrında öz müstəqilliyini elan etdi. Təəssüf ki, bu qərar elə kağız üzərində qaldı. O vaxtkı hakimiyyət Moskvanın vassalığından əl çəkə bilmir, nəyin bahasına olursa olsun hakimiyyətdə qalmaq istəyir, o dövrdə olan müxalifət (AXC-Musavat cütlüyü) də həmcinin, nəyin bahasına olursa-olsun, zor gücünə də olsa hakimimiyyətə gəlmək istəyirdilər, daha dəqiqi, bu istiqamətdə fəaliyyət göstərirdilər. Sözün əsil mənasında ölkədə kreslo davası gedirdi. Nəhayət, 1992–ci ilin may ayında AXCP-Musavat cütlüyü zor tətbiq edərək hakimiyyəti ələ keçirdilər. Təəssüf ki, onlar da küçədən gəldikləri kimi, küçə psixologiyası ilə də ölkəni “idarə edirdilər”. Müstəqil dövlət quruculuğu prosesi ilə isə heç kim məşğul olmur, daha doğrusu ola bilmirdilər. Nəticədə ölkəni hakimiyyətsizlik, özbaşınalıq, aclıq, fəlakət, xaos, anarxiya bürümüşdü. Yenicə müstəqillik tapmış Azərbaycan parçalanmaq, məhv olmaq, öz müstəqiliyini itirmək təhlükəsi qarşısında qalmışdı. O dövrkü hakimiyyətin zəifliyindən istifadə edən ayrı-ayrı silahlı qüvvələr ölkəni “xanlıqlara” bölmüşdülər.
Azərbaycan “olum-ölüm” dilemması qarşısında qalmışdı. Xalq belə bir ağır vəziyyətdən çıxış yolunu o dövrdə Naxçıvanda yaşayan Heydər Əliyevdə görürdü. Azərbaycan xalqı təkidlə Heydər Əliyevin Bakıya gələrək xalqı düşdüyü bu ağır vəziyyətdən xilas etməsini istəyirdi. Bəlkə də bəşər tarixində nadir hadisə idi ki, Heydər Əliyevin hakimiyyətə qayıdışını xalqla yanaşı o dövrdəki iqtidar da istəyirdi. Beləliklə, xalqın təkidli tələbi ilə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev 1993–cü ilin iyunun 15-də Milli Məclisin sədri seçildi.
Görkəmli dövlət xadimi Heydər Əliyev müdrük, uzaqgörən siyasət yürüdərək Azərbaycanı məhv olmaqdan xilas etdi. Ölkədə sözün əsil mənasında müstəqil dövlət quruculuğu prosesi başladı. İlk öncə ölkədə ictimai siyasi sabitlik bərpa edildi, bütün silahlı qruplaşmalar neytrallaşdırıldı. Dağıdılmış iqtisadiyyatın bərpası prosesi başladı. Bir sözlə, müstəqil dövlətin mövcudluğu, inkişafı, müstəqilliyinin əbədiliyi üçün bütün zəruri tədbirlər həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini qorudu, onu əbədi, dönməz, sarsılmaz etdi. Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini uğurla həyata keçirən Müzəffər Prezidentimiz İlham Əliyev Azərbaycanı güclü, zəngin, qüdrətli, Qalib etdi!

 

Əliyeva Afət Rəfi qızı

Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki