image-qanunla-reklam
image-15531415

Ulu Öndər Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar quran lider idi

image-lady-day-az

Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir.

Çünki ,Ulu Öndərin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. O ağrılı-acılı günlər hər birimizin yaddaşındadır və o zamankı nəslin nümayəndələri həmin dövrdə ölkəmizin və xalqımızın hansı çətin, mürəkkəb sınaqlar qarşısında qaldığıının canlı şahidləridirlər. Məhz ulu öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində Naxçıvan ən ağır və mürəkkəb dövrlərdən mətinliklə çıxa bildi.  Xalq Ulu Öndərin Naxçıvandakı siyasi fəaliyyətini yüksək qiymətləndirirdi və eyni zamanda, onun müstəqil Azərbaycan dövləti üçün, onun böhrandan çıxış yolları barədəki qətiyyətli fikirləri ilə həmrəy idi.  Qeyd edək ki, oktyabrın 26-da keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvanda 7 noyabr bayramının (keçmiş SSRİ-də keçirilən Oktyabr inqilabı günü) ləğv edilməsi haqqında da qərar qəbul olundu. Həmçinin Ulu Öndər qonşu ölkələrlə ilk rəsmi təmaslara başladı və Naxçıvanın blokadadan çıxarılması üçün böyük işlər həyata keçitrdi. O, 1991-ci ilin 29 oktyabınrda böyük çətiniliklərlə ərsəyə gəlmiş körpünün açılışını etmişdir. Həmin körpü Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərindən salınmışdı. 1992-ci il 22-25 mart tarixlərində isə Türkiyədə Baş nazir Süleyman Dəmirəllə Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məbləğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolu imzalamışdır. Həmçinin 1992-ci il 28 mayda Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində tikilmiş «Ümid» körpüsünün açılışı olmuşdur. 1992-ci il 22-26 avqustda Ulu öndər İran İslam Respublikasına səfər etmiş, ali dini lider Ayətulla Xamneyi və İran İslam Respublikasının prezidenti Əli Əkbər Rəfsəncani və digər rəsmi şəxslərlə görüşmüşdür. Bu səfərin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar imzalamışdır.
1992-ci ildə İran və Türkiyə ilə bağlanmış əməkdaşlıq müqavilələri əsasında, Sədərək, Culfa və Şahtaxtı keçid məntəqələri yaradıldı. Bundan əlavə, Naxçıvan şəhəri yaxınlığında İstilik-Elektrik Stansiyası tikildi. İran İslam Respublikasından Culfa rayonuna, Türkiyə Respublikasının İqdır vilayətindən isə 92 kilometrlik bir məsafədən yüksək gərginlikli elektrik xətlərinin Naxçıvana çəkilməsi başa çatdırıldı ki, bu da Naxçıvanın elektrik enerjisinə olan ehtiyacını əsasən ödəmiş oldu. Beləliklə, 1991-1993 cu illər arasında ümummilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə Muxtar Respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı.

 

Elmar Əhmədov,YAP Salyan rayon təşkilatının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki