image-qanunla-reklam
image-heydereliyev6669999

Ulu öndər Heydər Əliyevin ölkənin Ali Qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu

image-lady-day-az

Ulu öndər Heydər Əliyevin ölkənin Ali Qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu.

 

Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı həqiqi sahiblərinə, milləti özünə qaytardı, xalqda milli təfəkkürü formalaşdırdı. 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu! Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Ölkədə sabitliyin bərqərar olması naminə gərgin iş aparıldığı bir vaxtda Prezident Əbülfəz Elçibəyin müəmmalı şəkildə, heç kimə məlumat vermədən 18 iyunda Bakını tərk edərək doğma kəndi Kələkiyə getməsi respublikada vəziyyəti daha da ağırlaşdırdı. Yaranmış gərgin vəziyyətlə bağlı respublika televiziyası ilə xalqa birbaşa müraciət edən Ulu Öndər Prezidentin bütün səlahiyyətlərini və məsuliyyətlərini öz üzərinə götürmək məcburiyyətində qaldığını bildirdi və hamını təmkinli olmağa, milli birliyə, vətəndaş həmrəyliyinə çağırdı. Milli Məclisdə aparılan müzakirələrdə Əbülfəz Elçibəyə ünvanlanan müraciətlər bir nəticə vermədi. Parlamentin iyunun 24-də keçirilən fövqəladə iclasında « Azərbaycan Respublikası Prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikası prezidenti vəzifəsini daha icra edə bilməməsi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında» qərar yekdilliklə qəbul olundu. Beləliklə, həmin tarixdən etibarən ölkənin dövlət başçısının səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə həvalə olundu. Ulu Öndər Azərbaycanı gözləyən fəlakətlərdən xilas etmək üçün xalqı arxasınca apardı, müstəqilliyimizin əbədiliyi naminə Naxçıvandan başladığı tarixi missiyasını davam etdirdi. Bu etimad artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Respublikada mövcud gərgin siyasi vəziyyəti daha da ağırlaşdırmağa çalışan qüvvələrə xidmət edən xəyanətkar «polkovnik» Əlikram Hümbətovun Cənub bölgəsində «Talış-Muğan Respublikası yaratması» xəyanətinin qarşısı da Ulu Öndərin müdrikliyi sayəsində alındı. Həmin bölgədən olan deputatlarla , ziyalılarla , ağsaqqallarla görüşüb vəziyyəti müzakirə edən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı növbəti dəfə parçalanmaqdan xilas etdi. Milli Məclisdə qəbul olunan «Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında”» qərarı ilə «Talış-Muğan Respublikası»” avantürasına siyasi qiymət verilərək bu bədnam iddiaya son qoyuldu. 1993-cü il avqustun 29-da Milli Məclisin qərarı ilə Əbülfəz Elçibəyə etimadsızlıqla bağlı referendum keçirildi. Referendumun nəticələri AXC – Müsavat cütlüyünün xalq arasında heç bir dəstəyə malik olmadığını bir daha sübut etdi.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki