image-qanunla-reklam
image-heydar-aliyev_1492606718

Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı

image-lady-day-az

Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı

1993-cü ilin 15 iyun tarixində xalqın təkidli tələbi ilə  ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev  Azərbaycanın o dövr ki ağır,  mürəkkəb və gərgin  vəziyyətinə baxmayaraq bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etdi və  Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. O dövrdə ölkədə hökm sürən böhran, xaos, daxili çəkişmələr Ulu Öndəri yolundan çəkindirə bilmədi.  Xalq da heç vaxt Ulu Öndərdən öz dəstəyini əsirgəmədi, ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir və belə də oldu. Bu gün Azərbaycan artıq müstəqil ölkə olaraq inamla irəliləyir. Ulu Öndərin ideyalarını ölkə başçısı cənab İlham Əliyev bu gün uğurla davam etdirir. Azərbaycan xalqının məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Əvəz Soltanov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki