image-qanunla-reklam
image-heyder-eliyevin-fealiyyeti-haqqinda-heyder-eliyev-haqqinda-melumat-1

Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb

image-lady-day-az

Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb

Bu gün inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq platformalarda da öz sözünü deyir. Azərbaycan nüfuzlu xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş, lider ölkə kimi qəbul edilir. Heç şübhəsiz, ölkəmizin bu uğurlarının arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xətt dayanır.

Bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin adı tariximizə müasir Azərbaycanın qurucusu kimi qızıl hərflərlə yazılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bəyan etdiyi kimi, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu ölkə rəhbərliyinə dəvət etdi. 1993-cü ildə Azərbaycanda hökm sürən təlatümlü vəziyyətdə Heydər Əliyevin respublikaya rəhbərliyi öz üzərinə götürməsi çox cəsur addım idi.

Bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyini vurğulayan V.İskəndərov deyib ki, Ümummilli Lider, həmçinin Azərbaycanın dövlətçilik ənənələrini yaradıb, ölkəni inkişaf yoluna yönləndirib. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət ötən 30 il ərzində bizə çoxsaylı uğurlar bəxş edib və həmin siyasət bu gün də Azərbaycanı irəliyə aparır.

Dövlətimizin başçısı İlham Əliyev Çinin media korporasiyasına müsahibəsində vurğulayıb ki, ötən 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub. Təbii ki, Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Bu gün Azərbaycanın əldə etdiyi hər bir uğurun əsasını Heydər Əliyev və İlham Əliyev siyasəti təşkil edir

 Azərbaycan xalqının xilaskarı kimi qəlbimizdə əbədi yaşayan Ümummilli Liderimiz Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısında xidmətləri misilsiz və danılmazdır. Xalqımız bu xidmətləri hər zaman çox yüksək qiymətləndirir.

Ölkə Prezidenti İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibə mühüm iqtisadi və siyasi əhəmiyyət kəsb edir. Müsahibə zamanı səsləndirilən fikirlər Azərbaycan və Çin dövlətləri arasında gələcək geniş əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsinə öz müsbət töhfələrini vermiş olacaqdır.  Azərbaycan-Çin münasibətlərinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin bu münasibətlərin inkişafında maraqlı olduğunu  qeyd edən  Prezident İlham Əliyev bildirmişdir ki, “Ulu öndərin əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi”.

Prezident İlham Əliyev müsahibə zamanı Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən bildirdi ki, “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub”.

Ulu Öndər Heydər Əliyev dühası öz fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaratmışdır. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Bu gün Azərbaycanın əldə etdiyi hər bir uğurun əsasını Heydər Əliyev və İlham Əliyev siyasəti təşkil edir. Azərbaycan dünyada, regionda böyük siyasi, iqtisadi potensiala malik olan dövlət kimi xüsusi çəkiyə və nüfuza sahibdir.

Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi olaraq ölkəmiz bölgədə və dünyada layiqli yerini tutaraq regional liderliyini təmin edib.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycan-Çin münasibətləri qarşılıqlı hörmət və dostluq üzərində qurulub

Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr uğurla inkişaf edir. Prezident “China Media Group” media korporasiyasına müsahibəsində dediyi kimi, bu gün iki dövlət arasında əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

Müsahibəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynadığını xatırladan dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirdi. Çinin təşəbbüskarı olduğu “Bir kəmər-bir yol” layihəsini ilk dəstəkləyənlər arasında ölkəmizin də olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq tranzit imkanlarını dünyaya təqdim etdiyini və bunun üçün kifayət qədər əsaslı infrastrukturu olduğunu diqqətə çatdırdı.

Çin və Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkədir. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Cənubi Qafqaz regionunda önəmli ölkə olan Azərbaycan Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan ölkəmiz nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Təsadüfi deyil ki, səkkiz il bundan əvvəl ölkələrimiz arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da imzalanıb.

Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Həmçinin bu dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini də artıracaq. Ona görə də, Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Bir sözlə, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur.

“Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturunun olduğuna diqqət çəkən dövlətimizin başçısı artıq dəniz ticarət limanımızın fəaliyyət göstərdiyini və onun imkanlarının hazırda 25 milyon tona qədər çatdırıldığını bildirdi. Prezident İlham Əliyev gəmiqayırma zavodunun imkanlarının genişləndiriləcəyini, mövcud dəmir yollarının müasirləşdirildiyini də diqqətə çatdırdı.

Prezident İlham Əliyev Çin televiziyasına müsahibəsində Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, ölkəmizdə tolerantlıq mühiti və digər məsələlərlə bağlı fikirlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycanla Çin Xalq Respublikasının dosqlu və qardaşlıq münasibətləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibə iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb. İlk öncə qeyd edək ki, dünyanın nəhəng media şirkətlərindən biri olan “China Media Group”unb indiki vaxtda Azərbaycan Prezidentindən müsahibə alması siyasi dəngələrin dəyişdiyi çox mühüm bir vaxta düşür. Belə bir dönəmdə ölkəmizin başçısının baş verən hadisələrə münasibətinin öyrnəliməsi və Azərbaycanın gələcəyə baxış siyasətinin mahiyyətini izləmək baxımından olduqca önəmlidir.

Cənab Prezident ona ünvanlanmış hər bir sualın arxasında siyasi məqsədlərin olduğunu, əslində isə dünyaya Azərbaycandan və əksinə baxışların hansı effekt verəcəyini bildiyindən özünün diplomatik imkanlarından geniş şəkildə istifadə etmişdir.

Öncə Azərbaycanda tarixi abidələrə, ailə münasibətlərinə verilən dəyəri, o cümlədən hər bir sahədə varislik prinsipinin inkişaf tendensiyası üzərində bərqərar olduğunu diqqətə çatdıran ölkəmizin başçısı demişdir: “Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub.”

Azərbaycan-Çin münasibətlərinin əsasını qoyan ulu öndər Heydər Əliyevin bu münasibətlərin inkişafında maraqlı olduğunu qeyd edən cənab Prezident bildirmişdir ki, “onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü – bunlar təxminən 30 il öncə baş vermişdi.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

 

Çin-Azərbaycan münasibətlərinin də yüksək səviyyədə inkişaf edir və gələcəkdə daha da genişlənəcək

Hazırkı dövrdə dünyanın dəyişməkdə olan geosiyasi mənzərəsi fonunda Azərbaycanın iqtisadi və sosial baxımdan özü üçün nadir inkişaf yolu yaratdığını və bu gün həmin yolla addımladığını qeyd edən ölkə başçısı Çin-Azərbaycan münasibətlərinin də yüksək səviyyədə inkişaf etdiyini və gələcəkdə daha da genişlənəcəyini ifadə edərək bildirmişdir: “Hesab edirəm ki, ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Ümid edirəm ki, bu, strateji əməkdaşlıq yolunun başlanğıcıdır. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır.”

Göründüyü kimi Azərbaycan liderinin ilk növbədə bütün inkişaf tendensiyalarının regional təhlükəsizlikdən keçdiyini dəfələrlə vurğulaması və bu sahədə konkret addımlar atması, dünya güclərinin diqqətini cəlb etmişdir. Məhz cənab Prezidentin bu qətiyyətli siyasəti dünyanın üzünü cənubi Qafqaza çevirməsinə və indiki dövrdə mühüm nəqliyyat dəhlizlərinin buradan keçməsi fonunda bu regionda hər cür ikili standartlardan imtina edib həqiqətin yanında durması istiqamətini seçməsinə səbəb olmuşdur.

Çin lideri Si Cinpinlə əlaqələrin genişləndiyini və münasibətlərin intensivləşdiyini qeyd edən ölkəmizin başçısı bu vəziyyətin gələcək hədəflərin müəyyən edilməsində mühüm rol oynadığını qeyd etmişdir.

Pandemiya dövründə Çin rəhbərliyinin Azərbaycana münasibətini xüsusi vurğulayan cənab Prezident bir məktuba dərhal cavab verildiyini və kifayət qədər peyvəndin qısa müddət ərzində tədarük edilərək göndərildiyini xatırladaraq bunun da məhz dostluq münasibətlərinin bir nümunəsi olduğunu bildirmişdir.

İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək olduğunu bildirən ölkə başçısı bu baxımdan Azərbaycanın coğrafi üstünlüklərinin olduğunu, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşməsini diqqətə çatdırmış, nəqliyyat infrastrukturunun olmaması səbəbindən bizim coğrafiyadan istifadə edilmədiyini qeyd etmişdir. Lakin 15 il əvvəl nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna başlanması Azərbaycanın mühüm tranzit ölkəsi olmaq arzusunun reallaşmasında kifayət qədər uğurlu nəticələrə səbəb olmuşdur.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycanın iqtisadi möcüzələr ölkəsinə çevriləcəyinə inamını hiss etməmək mümkün deyildir

Gələcəkdə logistika sahəsində problemlərlə qarşılaşmamaq üçün Azərbaycanın nəqliyyat infrastrukuturundə nəhəng layihələrə imza atmasının perspektivlərini aydınlaşdıran cənab Prezident qeyd etmişdir ki, “Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun o vaxtkı yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə biz onun imkanlarını 25 milyon tona qədər çatdırırıq. Biz Xəzər dənizində daha çox gəmi tikirik. Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker və yük gəmiləri inşa edirik ki, daha çox yük daşıya bilək. İndi biz gəmiqayırma zavodumuzu genişləndirməyi planlaşdırırıq ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilək. Həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır.”

Çin tərəfinin “Bir kəmər, bir yol” təşəbbüsünün mədəni dəyərini yüksək qiymətləndirən cənab İlham Əliyev ilk növbədə bunun dostluğa əlavə təkan və töhfə olacağını, qarşılıqlı fəaliyyət nəticəsində mədəni əlaqələrin inkişafının sürətlənəcəyini qeyd edərək bildirmişdir: “Qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də, oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir hissəsidir. Buna görə, Azərbaycanın mədəni irsi, gördüyünüz kimi, dövlətimiz tərəfindən lazımınca qorunur. Bu, bizim üçün qorunmalı, saxlanılmalı və yeni nəsillərə ötürülməli sərvətdir ki, onlar da eyni münasibət bəsləsinlər. Biz mədəni irsimizi əsrlər boyu qoruyub saxlamışıq. Baxmayaraq ki, Azərbaycan uzun müddət öz dövlətçiliyindən məhrum idi. Biz müstəqil ölkə deyildik. Lakin, eyni zamanda, biz milli özünəməxsusluğumuzu, dilimizi, ədəbiyyatımızı, musiqimizi və ənənələrimizi, mədəni irsimizi qoruyub saxlamışıq. Hətta müstəqil olmadığımız vaxtlarda, bunu bacarmışıq. Beləliklə, dünya irsinin bir hissəsi olan mədəni irsimizin qorunmasını birmənalı olaraq davam etdirəcəyik.”

Cənab Prezidentin geniş müsahibəsinin detallarına vardıqca ciddi şəkildə və qətiyyətlə onun illərdir uğrunda mübarizə apardığı regional təhlüükəsizlik sahəsində ciddi irəliləyişlər olacağına, nəqliyyat dəhlizlərinin tezliklə açılacağna, Azərbaycanın iqtisadi möcüzələr ölkəsinə çevriləcəyinə inamını hiss etməmək mümkün deyildir. Bu isə aydın yol, qətiyyətli mübarizənin yüksək nəticəsinə olan inamdır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki