image-qanunla-reklam
image-1653905258-1644584614-15349021754167626693_1000x669

Ukraynanın sabiq prezidenti ölkədən çıxıb

image-lady-day-az

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ölkədən çıxıb.

“Qanunla.az” xarici mətbuata istinadən xəbər verir ki, Poroşenko Avropa xalq partiyasının sammitində iştirak etmək üçün Rotterdama yola düşüb.

Sabiq prezident bundan əvvəl ölkədən çıxmağa iki dəfə cəhd göstərmişdi. Belə ki, sərhəd-buraxılış məntəqəsinə gələn sabiq prezidenti sərhədçilər geri qaytarmışdılar.

P.Poroşenko ölkədən çıxmasına yardım göstərilməsi xahişi ilə Prezident Volodimir Zelenskiyə müraciət edib və gedişinin məqsədini açıqlayıb. Yalnız bundan sonra onun Polşa ilə sərhədi keçməsinə icazə verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki