image-qanunla-reklam
image-1675661516-41e0c49-1budanov

Ukraynada yeni müdafiə naziri təyin olundu

image-lady-day-az

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov Ukraynanın müdafiə naziri vəzifəsinə təyin edilib.

“Qanunla.az” xəbər verir ki, kadr dəyişiklikləri barədə rəsmi məlumatı Ukrayna prezident fraksiyasının rəhbəri David Arakhamia verib.

Reznikov Ukraynanın Sənaye Strateji Sektorlar Nazirliyinə rəhbərlik edəcək.

Qeyd edək ki, eks-müdafiə naziri dünən gecə saatlarında istefa verib.

Kiyevin siyasi dairələrində ordu üçün ərzaq məhsullarının şişirdilmiş qiymətlərlə alınması ilə bağlı mətbuatda yazılar dərc edildikdən sonra Reznikovun dəyişdirilməsinin mümkünlüyü müzakirə olunmağa başladı.

Bundan sonra müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov və dövlət satınalmaları departamentinin direktor müavini Bohdan Xmelnitski istefa ərizəsi verib.

İndi onlar korrupsiyada və Ukrayna silahlı qüvvələrinin fəaliyyətinə mane olmaqda ittiham olunurlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki